Hazırda Ermənistanın Qarabağda minalanmış ərazilərin xəritələrini ən qısa müddətdə Azərbaycana verməsi ilə bağlı danışıqlar aparılır. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Ermənistanın işğaldan azad olunmuş ərazilərin mina xəritələrini ən qısa müddətdə Azərbaycana verməsi ilə bağlı danışıqlar davam edir”, - deyə Akar “CNN Türk” telekanalına bildirib.
Nazir əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri Qarabağın minalardan təmizlənməsi prosesində Azərbaycana fəal kömək edir.
“Bu ərazilər minalardan və əldəqayırma partlayıcı qurğulardan təmizləndikcə kənd təsərrüfatı və yaşayış yerləri üçün daha təhlükəsiz hala gəlir. Eyni fəaliyyəti Liviyada da həyata keçiririk. Bununla əlaqədar Silahlı Qüvvələrimizin şəxsi heyəti dost və qardaş ölkələrin hərbçilərinə müvafiq təlimlər keçir”, - deyə H.Akar bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana səfəri zamanı bölgədə sülh və sabitliyi müzakirə edib. “Bu, sadəcə bir ölkə üçün deyil. Atəşkəsin davamlı olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq içində və firavan yaşaması üçün hər kəsin bir masa arxasına əyləşməsi, müzakirədə iştirakı vacibdir. Biz Türkiyə dövləti olaraq hər bir məsələdə olduğu kimi, bu məsələdə də danışıqlara, dialoqa açıq çox konstruktiv, məntiqli həllər təklif edirik”, - deyə türkiyəli nazir qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət