Özbəkistan hökuməti 3 investisiya blokunun SOCAR şirkəti ilə birgə işlənməsi üçün Böyük Britaniyanın BPşirkətinin əvəzinə yeni investor əclb etməyi planlaşdırır. Bu barədə “Uztransqaz” SC-nin İdarə Heyətinin sədri Behzot Narmatovbəyan edib.
Xəbər verildiyi kimi,2018-ci ilin may ayında BP Exploration, SOCAR və “Uzbekneftqaz” arasında qarşılıqlı anlaşma memorandumu, 2019-cu ilin may ayında isə Üstyurd regionunda 3 investisiya blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi məqsədilə birgə tədqiqatlara dair saziş imzalanıb.
“Beynəlxalq şirkətlər strategiyanı dəyişib dekarbonizasiya, “yaşıl energetika” yolunu seçənədək layihə çox yaxşı gedirdi. Biz artıq tərəflər məhsulun pay bölgüsü və geoloji kəşfiyyat haqqında razılaşma imzalamağa hazırlaşırdıq. SOCAR layihədə 25% pay ilə iştirak etmək niyyətində idi, lakin əsas investor BPşirkəti olub. Böyük Britaniyanın şirkətinin siyasətinin ilə layihə dayandı, hazırda bu layihəyə digər şirkətlərin cəlb olunması imkanını nəzərdən keçiririk", - Narmatov “İnterfaks-Azərbaycan”a müsahibəsində bildirib.
Eyni zamanda, o qeyd edib ki, SOCAR-ın layihəyə marağı qalmaqdadır, çünki layihə üzrə elmi-tədqiqat işləri BP-nin dəstəyi ilə, əsasən SOCAR-ın mütəxəssisləri tərəfindən həyata keçirilib.
“SOCAR layihədə qalıb. Bu, böyük bir layihə, dərin, yüksək elmi texnologiyalar və resurslar tələb edən neft yatağıdır. Hasil olunan ehtiyatlar (karbohidrogen xammalı - İF) təxminən 500 milyon barel həcmində qiymətləndirilir. Layihə hələ də sağdır, gözləmə rejimindədir”, - o bildirib.
Xəbər verildiyi kimi, Özbəkistanda 3 investisiya blokunda tədqiqat işlərinin aparılması haqqında saziş Üstyurd regionunda Aral dənizi, Samsko-Kosbulak və Bayterek bloklarında geoloji kəşfiyyat işlərinin həyata keçirilməsini nəzərdə tutur.
Uztransqaz” SC-nin İdarə Heyətinin sədri Behzot Narmatov ilə müsahibənin tam mətni ilə 1 noyabr 2021-ci il tarixində “İnterfaks-Azərbaycan” agentliyinin saytında tanış olmaq mümkündür. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət