Azərbaycanda yaşı 18-dən yuxarı olan əhalinin 60%-i iki doza peyvənd olunub. Bunu Prezident İlham Əliyev deyib.
“Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60%-dən çoxu iki dozanı alıb. Biz, həmçinin ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açdıq”, - deyə dövlət başçısı bu gün VIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əsasən “Sinovac” və “Pfizer” peyvəndlərindən istifadə edilir. “Peyvəndləmə səviyyəsi yüksək hesab oluna bilər, bu, dövlət siyasətidir. Əhali buna çox məsuliyyətlə yanaşır və biz antipeyvəndləmə kampaniyaları müşahidə etmirik, bu isə işimizi asanlaşdırır”, - deyə o qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hökuməti 2020-2021-ci illərdə sosial-iqtisadi yardım paketi ayırıb, bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi $2,9 milyard təşkil edib.
“Biz bu addımları atmaqda davam edəcəyik. Çünki biz tamamilə yeni bir vəziyyətlə üzləşmiş insanlara yardım etməliyik”, - deyə İ.Əliyev əlavə edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət