Azərbaycan qaz sahəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Bizim qaz sahəsində əməkdaşlıq etmək arzumuz var, bu da, sözsüz ki, yaxın zamanda iki ölkə arasında əməkdaşlığın genişləndrilməsi üçün kanallardan birinə çevriləcək”, - Şahbazov «Asharq Al-Awsat» nəşrinə müsahibəsində bildirib. Bu barədə «İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
Onun sözlərinə görə, noyabrda Səudiyyə Ərəbistanından nümayəndə heyəti Bakıya səfərə gələcək. Nümayəndə heyəti ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni imkanların müzakirəsi planlaşdırılır.
Şahbazov əlavə edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əvvəl ticarət, siyasət sahələrində müxtəlif sazişlər imzalanıb, onların reallaşdırılmasının aktivləşməsinə ehtiyac var.
Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı onilliklər ərzində neft bazarında balansın təminatında və enerji daşıyıcılarına qiymətlərin stabilləşməsində mühüm rol oymnayır. Həmçinin, onun sözlərinə görə, tərəflər OPEC+ sazişi çərçivəsində fəal təmasdadırlar. “Hazırda biz bu formatda dünya enerji bazarında sabitliyin artırılması və balansın əldə olunmasında ən vacib alətlərdən birini görürük”, - Şahbazov bildirib.
Onun fikrincə, neft uzun illər ərzində əsas enerji mənbəyi olaraq qalacaq. “Beləliklə, bazarın sabitləşməsində OPEC+ formatının rolu enerjinin gələcəyi üçün həyati vacib olaraq qalacaq”, - nazir əlavə edib.
Şahbazov dünya neft bazarında balansın və stabilliyin təminatı üzrə OPEC+ sazişinin iştirakçılarının səylərini yüksək qiymətləndirir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət