Azərbaycan Qarabağa dair və regionda nəlqiyyat kommunikasiyalarının açılması üzrə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin noyabr ayında və 2021-ci ilin yanvar ayında imzalanmış üçtərəfli sazişlərin bütün bəndlərini ciddi şəkildə icra edir. Bu barədə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov bəyan edib.
“44 günlük müharibə sona çatıb və Azərbaycan 30 ilə yaxın işğöal altında olan torpaqlarını azad edib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatı 9/10 noyabr 2020-ci il tarixində imzalanıb. Biz 10 noyabr tarixli bəyanata sadiqik və bütün müddəalarını icra edəcəyik”, - Əsədov cümə günü MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
Baş nazir bəyan edib ki, Azərbaycan tərəfindən üçtərəfli bəyanatın bəndlərinin pozulması ilə bağlı Ermənistanın ittihamları əsassızdır.
Onun sözlərinə görə, həmçinin, Azərbaycan hərbi əsirlərin Ermənistana verilməsinə dair üçtərəfli bəyanatın müvafiq bəndini icra edib.
“Bununla əlaqədar RF XİN-in 9 noyabr 2021-ci il tarixli aşağıdakı bəyanatını şərh etmək istərdim: 2 dekabr 2020-ci ildən etibarən Rusiya sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qayıdıb”, - Əsədov vurğulayıb.
O cümlədən, baş nazir qeyd edib ki, atəşkəsə dair üçtərəfli bəyanat imzalandıqdan iki həftə sonra, 13-14 dekabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin 62 hərbi qulluqçusu Azərbaycan ərazisində saxlanılıb.
“Bütün beynəlxalq normalara əsasən, onlar hərbi əsir hesab olunmurlar və ərazimizə diversiya məqsədilə daxil olublar. Bu səbəbdən hərbi əsir statusu onlara şamil olunmur. Lakin, buna baxmayaraq, Azərbaycan xoş niyyət ifadə edərək, onlardan 29 nəfəri Erməınistana verib. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən ittiham olunub və cəzalarını çəkəcəklər”, - baş nazir bəyan edib.
Bəyanatda nəqliyyat kommunikasiyalarının açılmasını özündə ehtiva edən 9-cu bəndə dair Əsədov bəyan edib ki, 11 yanvar 2021-ci il tarixində Moskvada qəbul olunmuş RF hökumətinin sədr müavini, Azərbaycanın baş nazirinin müavini və Ermənistanın baş nazirinin müavini səviyyəsində işçi qrupunun yaradılması haqqında qərar çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması məsələsi həll olunur. “Bu məsələlərə işçi qrupu tərəfindən baxılır, bu da yalnız Azərbaycanın deyil, həm də bu yaxınlarda regionun digər nümayəndələrinin bəyan etdirkləri kimi, bölgənin bütün dövlətlərinin maraqlarına cavab verir”, - baş nazir vurğulayıb.
Əsədov əlavə edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. “Azərbaycanda yalnız Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var”, - o bildirib.
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının iclasında Azərbaycan, RF prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları 9/10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci tarixli üçtərəfli sazişlərin müddəalarının guya Azərbaycan tərəfindən pozulması, o cümlədən hərbi əsirlər barədə bəndin və hərbi əməliyyatlar zamanı dağıntılara dair və kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyi ilə əlaqədar əsassız və məntiqsiz ittihamlar irəli sürüb. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət