2021-ci ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi təxminən $3 milyard təşkil edəcək. Bunu RF-nin Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“Biz artıq pandemiyadan əvvəlki səviyyəyə çıxmışıq. Bu il ticarət dövriyyəsi, yəqin ki, $3 milyard səviyyəsində olacaq”, - deyə M.Boçarnikov bu gün Bakıda Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində “Ağıllı şəhər” işgüzar missiyası çərçivəsində keçirilən görüşdə bildirib.
O, həmçinin qeyd edib ki, ticarət dövriyyəsinin əsasını qeyri-neft sektoru məhsulları təşkil edir.
“Bu, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar açır. Hazırda Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac həcminin artırılması imkanlarına böyük önəm verilir, son yarım il ərzində Azərbaycandan RF-yə kənd təsərrüfatı məhsullarının tədarükü üçün dəmir yolu nəqliyyatı fəal şəkildə cəlb edilib. Nəqliyyat sistemlərimiz daha da şaxələndirilir, yeni yaradılmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirmək üçün yeni imkanlar açılır”, - deyə səfir vurğulayıb.
2020-ci ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 11,6% azdır. 2020-ci ildə ticarət dövriyyəsinin azalması COVID-19 pandemiyası ilə əlaqədar olub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət