2021-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 585,9 min barel (sentyabrda 586,2 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barel olub. Bunun 585,9 min barelini xam neft, 118,5 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu ilin oktyabr ayı üçün Azərbaycanın gündəlik hasilat kvotası 640 min barel olub. Beləliklə, Azərbaycan oktyabr ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 109,2% yerinə yetirib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barel həcmində olmasını nəzərdə tuturdu. Bu isə ölkəmizdə sentyabr ayı ilə müqayisədə oktyabrda gündəlik olaraq 7 min barel çox xam neft istehsalına imkan yaradıb.
“OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.*
N.Abbasova
Sentyabrda dövlət sərhədini pоzmuş 52 nəfər saxlanılıb
Gəncə Şəhər İcra Hakimiyyəti İdman Sarayı üçün 16,3 milyon manatlıq avadanlıq alır
İran məhkəməsi Azərbaycan səfirliyinə hücum etmiş şəxsi ölüm cəzasına məhkum edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr