Dünya Bankı (DB) Azərbaycan iqtisadiyyatının 2030-cu ilədək inkişaf prioritetlərini dəstəkləməyə hazırdır. Bunu bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde (Anna Bjerde) deyib.
Noyabrın 18-də Azərbaycan Respublikasında ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında saziş imzalanıb.
“Sazişin imzalanması Dünya Bankı Qrupunun davamlı, inklüziv və ədalətli artım hesabına yaşıl və dayanıqlı bərpaya nail olunması istiqamətində birgə səylərin dəstəklənməsi üzrə Azərbaycandakı işini xeyli asanlaşdıracaq”, - deyə bankın məlumatında bildirilir.
“Dünya Bankı ilə tərəfdaşlığımız Azərbaycanın aşağı gəlirli ölkədən dünyanın ən kasıb ölkələrinə kömək edən Beynəlxalq İnkişaf Assosiasiyasının (DB Qrupuna daxildir) donoruna çevrilməsi ilə nəticələnib”, - deyə Azərbaycanın baş naziri Əli Əsədov bildirib.
DB Azərbaycanda inkişafın bir çox milli prioritetlərini (insan kapitalının inkişafı, infrastruktura, dövlət xidmətlərinə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinə investisiya qoyuluşu və s.) əhatə edən və dəyəri $4,4 milyardı ötən 50-dən artıq layihə maliyyələşdirib.
İnkişaf etməkdə olan bazarlarda özəl sektora dəstək sahəsində ixtisaslaşan ən iri qlobal təşkilat olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı Qrupunun üzvü) Azərbaycanda özəl sektoru dəstəkləyir və səfərbər edilən resurslar daxil olmaqla ölkəyə indiyədək təxminən $850 milyon investisiya yatırıb.
“Dinamik özəl sektor iqtisadi artım üçün çox vacibdir. Bu sazişin imzalanması ölkənin özəl sektorun lokomotiv olacağı iqtisadi şaxələndirmə istiqamətində tədbirləri həyata keçirdiyi vaxta təsadüf edir. IFC Azərbaycanda özəl sektorun təşviq olunması ilə davamlı iqtisadi artımın dəstəklənməsini davam etdirməkdə əzmlidir”, - deyə IFC-nin Avropa, Latın Amerikası və Karib regionu üzrə vitse-prezidentinin vəzifələrini icra edən Vebke Şleme bildirib.
Prezident İlham Əliyev 2021-ci il fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında sərəncam imzalayıb.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: 1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; 3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; 4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; 5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət