Azərbaycan Ermənistanla sərhədin dərhal delimitasiyası prosesinə başlamağa və sülh sazişi imzalamağa hazırdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“O cümlədən, bu gün Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə olunacaq. Biz həmçinin bu məsələdə Rusiya tərəfinin dəstəyini, həmçinin konsultativ dsətəyini yüksək qiymətləndiririk. Ermənistanla Azərbaycan arasında sərhədlər delimitasiya olunmayıb, bu səbəbdən biz dəfələrlə açıq şəkildə bildirmişik ki, dərhal delimitasiya prosesinə başlamağa hazırıq. Hətta qeyd edim ki, biz həmçinin Ermənistan tərəfinə sülh sazişi üzərində işə başlamağı aydın formada təklif etmişik ki, qarşıdurmaya son qoyaq, biri-birimizin ərazi bütövlüyünü, suverenliyini tanıyaq və gələcəkdə qonşular kimi yaşayaq və bunu yenidən öyrənək”, - Əliyev cümə günü Soçidə Azərbaycan, RF və Ermənistan liderlərinin üçtərəfli görüşü zamnaı bildirib.
O, həmçinin qeyd edib ki, cari il ərzində Azərbaycan “müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların açılması məsələsində maksimum səviyyədə konstruktivlik nümayiş etidirib”.
“Əlbəttə ki, meydana gələn çox sayda digər məsələlər var, ancaq onlar, o cümlədən, Rusiya tərəfinin, sizin şəxsi iştirakınızın (Putinin - İF), XİN, Müdafiə Nazirliyi, hökumət və digər strukturların fəal iştitrakı ilə operativ sürətdə həll olunur”, - Əliyev əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət