Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı səmərəli əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən 25-ci iclasında bəyan edib.
“Gələn il Azərbaycanın təşkilata üzv olmasının 30 illiyi tamam olacaq. Bu müddət ərzində ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib», - Azərbaycan XİN-in mətbuat xidməti Bayramovun sözlərinə istinad edir.
Nazir qeyd edib ki, İƏT çərçivəsində islahatlar uğurla həyata keçirilib, “lakin bu, davamlı bir proses olmalıdır”.
"İƏT Baxışı 2025" sənədinin həyata keçirilməsində əldə etdiyimiz irəliləyişin qiymətləndirilməsi önəmlidir və bu bizə gözlənilən nəticələrin əldə olunmasını təmin etmək üçün müvfaiq fəaliyyəti təmin etməyimizə imkan verəcək”, - Bayramov bildirib.
O cümlədən, nazir vurğulayıb ki, Azərbaycan, Türkmənistanın sədrliyi çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika və səhiyyə sahələrində də daxil olmaqla, bir sıra nazirlərin görüşlərinin, eləcə də sektorlar üzrə regional əməkdaşlığı gücləndirəcək digər yüksək səviyyəli tədbirlərin keçirilməsini alqışlayır, habelə İƏT Katibliyi tərəfindən aparılan hazırlıq və yardım işlərini yüksək qiymətləndirir.
Bayramovun sözlərinə görə, ticarət, nəqliyyat, enerji sahələrində əməkdaşlıq İƏT-in prioritet sahələridir.
“Nəqliyyat layihələrinin inkişafı yüksək önəm kəsb edir. Məlum olduğu kimi, Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə böyük sərmayə qoyub və Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrini təşviq edib”, - nazir bildirib. **
A.Salayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət