“SOCAR Turkiye Enerji” şirkəti STAR neft emalı zavodunun gücünü ildə 11 milyon tondan 11,5 milyon tona qədər artırmağı planlaşdırır. Bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov məlumat verib.
“Bu il STAR NEZ-in gücü ildə 11 milyon tona çatıb. Biz bu göstəricini ildə 11,5 milyon tona qədər artırmağı planlaşdırırıq. Bu, böyük xərc tələb etməyəcək. Biz Türkiyənin tənzimləyici orqanlarına ünvanladığımız müraciətdə NEZ-in gücünün maksimum artırılma səviyyəsinin 13 milyon tona qədər olduğunu göstərmişik, lakin bu o demək deyil ki, zavodun gücünü bu göstəriciyə çatdırmaq niyyətindəyik. Gələcəkdə bu, məqsədəuyğun hesab olunarsa, mümkündür. İldə 11,5 milyon ton neftə qədər artım isə tamamilə realdır və 2024-cü ildən sonra baş verəcək”, - deyə A.Məmmədov bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, 2024-cü ildə bəzi avadanlıqların dəyişdirilməsi üçün zavodun təmirə dayandırılması planlaşdırılır.
“Bu işlər həyata keçirilməklə 2024-cü ildən sonra zavodun gücü ilkin gücün (ildə 10 milyon ton) 15%-i səviyyəsində artacaq”, - deyə baş direktor bildirib.
A.Məmmədov bu məqsədlər üçün nəzərdə tutulan investisiyaların həcmini açıqlamayıb.
STAR NEZ 2021-ci ildə 11 milyon ton neft emal etməyi planlaşdırır.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. Zavod “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı üçün nəzərdə tutulub.
Hazırda zavodda 20 növdən çox neft emal edilir. Zavodun dizaynına görə emal üçün ən uyğunu ağır neft növləridir.
Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı nəzərdə tutulur.
STAR neft emalı zavodu Türkiyənin əsas neft məhsullarına olan tələbatının 20-25%-ni təmin edir. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verib.
STAR NEZ-in tikintisi layihəsinə ümumilikdə $6,3 milyard sərmayə qoyulub. SOCAR NEZ-in fəaliyyətindən illik $500 milyon gəlir əldə etməyi nəzərdə tutur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət