2021-ci il noyabrın 16-da Ermənistanla sərhəəd törədilmiş təxribat nəticəsində həlak olmuş hərbçilərin ailələrinə sığorta ödənişlərinin verilməsinə başlanılıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bəyan edib.
“Həlak olmuş yeddi hərbi qulluqçudan iki hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindənbir dəfəlik sığorta ödənişi həyata keçirilib. Digər 5 şəhidin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı şrkətə hələ müraciət daxil olmayıb”, - Mirsalayevin bəyanatında deyilir.
Bundan əlavə, o qeyd edib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçunun vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək.
“Qəza nəticəsində yaralanan iki hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşəndən sonra onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər”, - Mirsalayev vurğulayıb.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda, orqanizmin funksiyasının 80-100% itirilməsinə görə 8,8 min manat, 60-80% itirilməsinə görə 6,6 min manat, 30-60% itirilməsinə görə 4,4 min manat, bununla yanaşı, ağır xəsarət aldıqda 2,75 min manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət