Erməni hakerlər Vətən müharibəsi dövründə Azərbaycan banklarına hücum etməyə cəhd ediblər, bu cəhdlərin qarşısı vaxtında alınıb. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
“44 günlük Vətən müharibəsi dövründə ilk kiberhücumlardan biri məhz Azərbaycan Mərkəzi Bankının (AMB) sistemlərinə qeydə alınıb. Daha sonra digər banklara və maliyyə təşkilatlarına hücum cəhdləri edilib. Bu hücumlar nəticə verməyib və erməni hakerlər sonradan bunu etiraf ediblər”, - deyə T.Məmmədov bu gün V Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, erməni hakerlər, həmçinin Gürcüstan banklarına da hücumlar etməyi planlaşdırmışdılar.
İdarə rəisinin sözlərinə görə, erməni hakerlər bankların adından onların müştərilərinə yalan məlumatlar göndərirdilər.
“Onlar hətta Azərbaycan Banklar Assosiasiyasının rəhbəri adından feyk məlumat yayıblar. Biz banklarla birgə monitorinq aparmışıq, nəticədə hücumların vaxtında bloklanmasına və feyk məlumatların ifşa olunmasına müvəffəq olmuşuq”, - deyə T. Məmmədov əlavə edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət