Azərbaycan Respublikasının baş naziri Əli Əsədov dekabrın 18-də Dövlət Neft Şirkətinin Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya və yenidənqurma işləri ilə tanış olub. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Aparılan işlərlə tanışlıqdan sonra baş nazirin sədrliyi və Dövlət Neft Şirkətinin Müşahidə Şurası sədrinin və üzvlərinin, şirkətin prezidentinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə modernizasiya və yenidənqurma işlərinin cədvələ uyğun aparılması məsələsi diqqət mərkəzində olub, görülən və görüləcək işlər müzakirə edilib. Qarşıda duran məsələlər müəyyən edilərək müvafiq işlərin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
SOCAR Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində 2022-ci ilin ortalarında bu zavodda Avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ildə isə benzin istehsalına başlamağı planlaşdırır. Bununla da BNEZ-in modernləşdirilməsi üzrə cari mərhələ başa çatacaq. Bundan sonra zavodda AI-92 və AI-95 markalı avtomobil benzini istehsal olunacaq.
SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır. Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.
Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.*
A.Salayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət