Rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bəyan edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinin nəticəsidir.
“Yəgin ki, bütün regional məsələlərin dərhal həllini – Zəngəzur dəhlizinin açılmasını, Azərbaycan və Türkiyə, Rusiya və Azərbaycan, Ermənistan və Türkiyə arasında vahid logistika əlaqələrinin yaradılması imkanının əldə olunmasını gözləməyə dəyməz. Biz hamımız bunu istərdik, lakin obyektiv olaraq, nalayırıq ki, tezliklə bu alınmayacaq. Lakin irəliləyiş var və bu İlham Əliyevin böyük xidmətidir: onun irədəsi, perspektivə oynamaq imkanı var”, - Solonnikov çərşənbə günü Azərbaycan–Rusiya münasibətləri,müasir Azərbaycanın inkişafında prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn dəyirmi masadabildirib.
O əlavə edib: “(...) Əliyevin rəhbərliyinin təcrübəsi müsbət nəticə əldə etmək imkanı verir. Biz görürük ki, Ermənistanda bütün çətinliklərə baxmayaraq, yenə də baş nazir Nikol Paşinyanın dediklərinə gəldik, bəli, Zəngəzur dəhlizi açılacaq, bəli, biz tikintiyə başlayacağıq, bəli, nəqliyyat əlaqələri tikiləcək, necə ki birgə sənədlərin imzalanması zamanı Rusiya, Azərbayca və Ermənistan liderləri bu barədə danışıblar”.
Ekspertin sözlərinə görə, 2020-ci ildə Azərbaycan liderinin siyasəti sayəsində Bakı əla nəticə əldə edib - ərazi bütövlüyünü bərpa edib.
“Bəli, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanılıb, Ermənistan cəmiyətində ona yanaşmanın nə qədər mürəkkəb olmasına baxmayaraq. Gözləmək və qarşıya qoyulan nəticələri əldə etmək – prezident Əliyevin malik olduğu böyük bacarıq, istedaddır”, - Solonnikov vurğulayıb.
O, həmçinin əlavə edib ki, 2022-ci ildə Bakı ilə Moskva arasında münasibətlərin inkişafında böyük perspektivlər gözlənilir. “Gələn il Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı məsələsində çox yaxşı perspektivlər gözlənilir. Əgər dinamikaya nəzərə yetirsək, 2020-ci il – qələbə və gözəçarpan dərəcədə irəliləyiş, 2021-ci il – gələcək inkişaf üçün stabil bazanın yaradılması ili, 2022-ci il – Azərbaycan-Rusiya münasibətlərinin inkiaşfında yeni ciddi irəliləyiş gözləyirik, beləliklə, gələcəyə ruh yüksəkliyi ilə baxırıq”, - rusiyalı ekspert vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət