Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin vilayətdə rəsmi səfərdə olan Bakının Nərimanov rayonunun İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti ilə görüşüb.
Babuşkin və Azərbaycanın nümayəndə heyəti arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qubernator qeyd edib ki, Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün nəticəsi olaraq gələn il üçün əməkdaşlığın inkişafına dair birdgə tədbirlər proqramı olub ki, onun icracına artıq başlanılıb.
O, həmçinin vurğulayıb ki, gəmiqayırma, nəqliyyat və logistika, xüsusilə “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi çərçşivəsində, o cümlədən turizm sahələrində əməkdaşlığın inkişafı ilə bağlı böyük perspektivlər var.
Babuşkin qeyd edib ki, Həştərxan və Bakı arasında birbaşa uçuşalara yaxşı tələbat var.
“Siz reys təyyarəsi ilə bizə gəlmisiniz və reyslərin 90%-dən çox dolu olduğuna şəxsən əmin oldunuz. Buna görə, düşünürəm ki, Bakı ilə Həştərxan arasında birbaşa reyslərin sayının artırılması məsələsinin nəzərdən keçirilməsi vacibdir. Biz həmçinin bu gün fəal inkişaf etdirdiyimiz beynəlxalq nəqliyyat dəhlizinin üstünlüklərinə diqqət yetirməyi xahiş edirik.Turizmə gəldikcə, “Böyük Pyotr” kruzin layneri ilə bağlı böyük ümidlərimiz var. Ümid edirik ki, yay aylarına qədər reydə tam çıxa biləcəyik və kruiz donanmasının flaqmanına çevriləcəyik. Xəzəryanı ölkələrdən olan həmkarlarımız Xəzər dənizi ilə kruiz əlaqəsinin təşkilinə böyük maraq ifadə edirlər. Bu istiqamətin tamdəyərli layihəyə çevrilməsini çox istərdik”, - qubernator bildirib.
Öz növbəsində, Fərzəliyev məlumat verib ki, birgə iş uğurla keçib, bəyan edib ki, tərəflər arasında münasibətlər bir çox istiqamətərdə ən yüksək səviyyədə inkişaf etməkdə davam edir.
“Düşünürəm ki, Bakıda Həştərxan İşgüzar Mərkəzin imkanları yalnız sizin regiondan iş adamlarını deyil, həm də RF-nin digər subyektlərindən olan iş adamlarını maraqlandıracaq. Bütövlükdə, hesab edirəm ki, bizim iş mərkəzlərimiz, həm Bakıda, həm də Həştərxanda, ticari-iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcək. Hesab edirəm ki, növbəti ildə fəaliyyətimizin nəticələri öz bəhrəsini verəcək”, - Fərzəliyev vurğulayıb.
Görüşün yekunlarına dair tərəflər gəmiqayırma, turizm və ticarət sahələrində birgə layihələri inkişaf etdirməyə dair razılığa gəliblər. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət