Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə tərik məktubu ünvanlayıb.
“Bu, bir danılmaz faktdır ki, regionumuz malik olduğu gesosiyasi potensialını tam istifadə etməkdə çoxlu problem və maneələrlə üzləşmişdir. Gürcüstan ilə Azərbaycanı əsrlər boyu dostluq, mehriban qonşuluq münasibətləri, qarşılıqlı hörmət və ümumi maraqlar birləşdirir. Buna görə də mən qəti şəkildə inanıram ki, biz birlikdə ümumi regional problemlərimizi regional imkanlara çevirəcəyik. Əminəm ki, biz birgə səylərimizlə regionda sülhü və sabitliyi möhkəmləndirəcəyik. Bunun isə təkcə region deyil, dünya üçün faydalı nəticələri olacaqdır. Bizim üçün Qafqazın iqtisadi potensialını tam reallaşdırmaq və regionu Şərqlə Qərb arasında əlaqə mərkəzinə çevirmək zamanıdır», - Azərbaycan liderinin sayutında dərc olunan Zurabişvilinin təbrik məktubunda qeyd olunur.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, həmçinin, Zurabişvili Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Əliyevə minnətdarlığını bildirib. “Sizin ölkələrimiz arasında əlaqələrin dərinləşməsi ilə bağlı möhkəm qətiyyətiniz gələcək nəsillər üçün dostluq və qarşılıqlı hörmət nümunəsi olaraq qalacaq. Mən Gürcüstan ilə Azərbaycan arasında strateji əlaqələrin möhkəmlənməsinə dəstəyimi bir daha təsdiqləyirəm. Əminəm ki, biz əməkdaşlığımızı dərinləşdirəcəyik, qarşıya yeni məqsədlər qoyacaq və onun nəticələrindən bəhrələnəcəyik”, - məktubda deyilir.
“Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Sizin rəhbərliyinizlə Azərbaycan müasir müstəqil və uğurlu dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmişdir”, - Gürcüstan prezidenti vurğulayıb.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət