2022-ci ilin mart ayında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, Baronessa Emma Nikolson Bakıya səfər edəcək.
“Gələn ilin mart ayında Bakıya edəcəyim növbəti səfəri çox böyük səbirsizliklə gözləyirəm. 2020-ci ilin fevralında ölkənizə etdiyim son səfərdən kifayət qədər çox vaxt keçib. Ümid edirəm ki, hökumətiniz Britaniya səfiri və səfirliyin komandası ilə yaxından işləyir. Mən də sizin Londondakı səfirliyinizlə yaxın əlaqə saxlayıram. Sizinlə iqtisadi şaxələndirmə və enerji resurslarının nəqlinə dair şəxsi dialoqumuzu bərpa etməyə ümidvaram”, - Nikolsonun Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
O, Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib və vurğulayıb ki, “Azərbaycan Sizin rəhbərliyinizlə inkişaf etməkdə davam edir”.
O cümlədən, Nikolson Britaniya ekspertlərinin və şirkətlərinin işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi və bərpa işlərinə kömək etmələrindən məmnunluq ifadə edib. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət