2021-ci ildə Azərbaycanda ÜDM-nin artımı 5%-i ötüb, qeyri-neft sektoru 7,2% artıb. Bunu Prezident İlham Əliyev deyib.
“İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Qeyri-neft iqtisadiyyatımız 7,2% artıb”, - deyə dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə sənaye istehsalı 5%-dən çox, qeyri-neft sənaye istehsalı isə 20%-ə yaxın artıb.
İ.Əliyev əlavə edib ki, 2021-ci ildə ölkənin valyuta ehtiyatları $2,5 milyard artıb, xarici ticarət balansının müsbət saldosu isə $10 milyarddan çoxdur.
“Mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqilllikdən danışmaq mümkün deyil. Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə ixrac idxalı böyük dərəcədə üstələyib. Müsbət saldo $10 milyarddan çoxdur”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, xarici ticarətin müsbət saldosunun manatın sabit qalmasına ən böyük təsiri var. “Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər.”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı, həmçinin xarici investorların maliyyə vəsaiti hesabına inşa ediləcək külək elektrik stansiyasının təməlinin qoyulacağını bildirib. “Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulacaq. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət