Erməni işğalından azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı Azərbaycana özünü ət-süd məhsulları ilə təxminən 100% təmin etməyə imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə belə hesab edir.
“Azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı, ilk növbədə ət və süd məhsulları ilə təminat Azərbaycanın ərzaq təhlükəsizliyinə daha çox töhfə verəcək. Hesablamalarımıza əsasən, hazırda özümüzü süd məhsulları ilə orta hesabla 80-85%, mal əti ilə - 90% təmin edirik. Lakin azad edilmiş ərazilərdə bu sahə inkişaf etdikdən sonra biz 98-99% özünütəminat səviyyəsinə çıxacağıq”, - Fikrətzadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzura əhalinin qayıdışı sona çatandan sonra bu göstəriciyə nail olunacaq.
Həmçinin, Fikrətzadə məlumat verib ki, azad edilmiş ərazilərdə 150 min ha sahədə müxtəlif bitkilərin əkini gözlənilir, bunun 100 min ha – taxılın payına düşür. “Bu bizə illik təxminən 200 min ton taxıl yığmağa imkan verəcək”, - o əlavə edib.
O cümlədən, Mərkəzin direktoru qeyd edib ki, erməni işğalı dövründə həmin ərazilərdə 80-90 min ton taxıl becərilib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət