“Axens” Beynəlxalq şirkətlər qrupu SOCAR şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodunda katalitik krekinq qurğusu üzrə lisenziar və layihələndirici seçilib.
“Bazar ertəsi Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və “Axens” şirkəti arasında NEZ-in yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələrinin imzalanma mərasimi keçirilib”, - SOCAR-ın məlumatında deyilir.
Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib ki, Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası uğurla davam edir. Layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndiriilir və inşa olunur. Bununla əlaqədar, həmin qurğular üzrə lisenziyaların alınması və layihələndirmə xidmətlərinin həyata keçirilməsi məqsədilə əsaslı işlərə başlanılıb. “Katalitik krekinq qurğusu üzrə aparılmış araşdırma və müfəssəl qiymətləndirmələrə əsasən, lisenziar olaraq “Axens” şirkəti seçilib”, - məlumatda Abdullayevin sözlərindən sitat gətirilir.
“SOCAR ilə əməkdaşlığımızın genişlənməsi bizi məmnun edir. Bu çərçivədə yeni qurğunun inşası üçün lisenziar olaraq seçilməyimiz şirkətimizə göstərilən böyük etimaddır və bu etimada görə SOCAR rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Layihələndirmə işlərinin qısa müddət ərzində yüksək keyfiyyətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, yeni Katalilik Krekinq qurğusu inşa edildikdən sonra NEZ-in fəaliyyəti daha dayanıqlı və səmərəli olacaq”, - “Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac (Jean Sentenac) bəyan edib.
SOCAR-ın məlumatına görə, SOCAR və “Axens” şirkətlərini uzunmüddətli əməkdaşlıq əlaqələri bağlayır. Hazırda, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib.“Bir müddət öncə “SOCAR Türkiyə”nin AR-GE Tədiqat Mərkəzi ilə “Axens” arasında təqiqat sahəsində əməkdaşlıq imkanlarının və ortaq maraq dairələrinin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2022-ci ildə BNEZ-in modernləşdirilməsi üzrə işlər üçün SOCAR-a dövlət büdcəsindən 214 milyon manat (cari məzənnə ilə $126 milyona yaxın – İF) vəsait ayrılacaq.
SOCAR Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində 2022-ci ilin ortalarında bu zavodda Avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ildə isə benzin istehsalına başlamağı planlaşdırır. Bununla da BNEZ-in modernləşdirilməsi üzrə cari mərhələ başa çatacaq. Bundan sonra zavodda AI-92 və AI-95 markalı avtomobil benzini istehsal olunacaq.
SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır. Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.
Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət