Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb. Görüşdə iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
“Koronavirus səbəbindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ticarət dövriyyəsinin dinamikasına mənfi təsir göstərib. Lakin artıq ötən ilin üç rübünün nəticələrinə əsasən artım qeydə alınıb. Əlaqələrimiz bərpa olunur”, - deyə qubernator vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, P.Bülbüloğlu, öz növbəsində bildirib ki, Azərbaycan tərəfi Peterburqla iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində uzunmüddətli saziş bağlamağı təklif edir. O, Peterburq nümayəndə heyətini Bakıya səfərə dəvət edib.
Qubernator qeyd edib ki, Peterburqda şəhərin iqtisadi və mədəni həyatına mühüm töhfə verən böyük Azərbaycan diasporu yaşayır. Görüşdə A.Ələkbərov vurğulayıb ki, Heydər Əliyev Fondu 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində bir sıra gənclər forumları keçirməyi planlaşdırır. Bu forumlardan biri mart ayında baş tutacaq.
A.Beqlov xatırladıb ki, bir neçə gündən sonra Leninqradın faşist blokadasından tam azad edilməsinin 78-ci ildönümü qeyd olunacaq. “Böyük Vətən müharibəsi bizim ümumi tariximiz və ümumi qələbəmizdir. Sovet İttifaqının digər xalqlarının nümayəndələri kimi, azərbaycanlılar da Leninqradın müdafiəsinə qalxıblar”, - deyə o bildirib. Qubernator P.Bülbüloğluna Leninqrad cəbhəsində vuruşmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini təklif edib. Onun sözlərinə görə, belə bir abidə Sankt-Peterburqun Azərbaycan xalqına minnətdarlığının əlaməti olacaq.
Sankt-Peterburq qubernatoru, həmçinin bildirib ki, 2020-ci ilin dekabrında Vıborqski rayonundakı parka bəstəkar Üzeyir Hacıbəyovun adı verilib. Yanvarın 25-də bəstəkarın gələcək abidəsinin yerindəki parkda təməlqoyma mərasimi olub.
Bundan başqa, o, Bakıda ilk kosmonavt Yuri Qaqarinin büstünün qoyulması imkanının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.*
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət