İki şirkət Ağdam Sənaye Parkının rezidenti olub, layihələrin reallaşdırılmasına 12 milyon manat sərmayə yatıracaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Xüsusilə, müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 2 ha ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
“Veliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır.
Müəssisədə istehsal olunan məhsullar ilkin olaraq daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Xəbər verildiyi kimi, “Ağdam Sənaye Parkına qısamüddətli perspektivdə investisiyalar 20-25 milyon manat həcmində qiymətləndirilir. Ortamüddətli və uzunmüddətli perspektivdə investisiyaların həcmi 100 milyon manat həcmində qiymətləndirilir
2021-ci il mayın 28-də Azərbaycan prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Parka 190 hektar ərazi ayrılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət