Fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
“Ötən il işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb”, - deyə DSX-nın məlumatında bildirilir.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.
386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 947 ədədpiyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Məlumata görə, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib. 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib.
Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, hal-hazıradək 178 ədəd sərhəd nişanı quraşdırılıb.
DSX-dan verilən məlumata görə, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.
2021-ci ildə terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb.
2021-ci ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.
“Ötən il sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət