Azərbaycanın sığorta bazarında yığılan sığorta haqları mövcud potensialdan 2 dəfə azdır. Bunu Mərkəzi Bankın (AMB) baş direktoru Ziya Əliyev deyib.
“Hazırda Dünya Bankının mütəxəssisləri ilə birgə ölkənin maliyyə sektorunun, o cümlədən sığorta sektorunun qiymətləndirilməsi həyata keçirilir. Təhlillərimiz göstərir ki, eyni gəlirə malik ölkələrlə müqayisədə Azərbaycanda sığorta bazarının sığorta haqları potensialdan iki dəfə azdır”, - deyə o, bu gün ARB24 telekanalına müsahibəsində bildirib.
2021-ci ildə sığortaçıların sığorta haqları 2020-ci illə müqayisədə 16% artaraq - 844 milyon manata yaxın təşkil edib. 2019-cu illə müqayisədə 2020-ci ildə sığorta haqları 8% artıb.
“Buna görə də biz reallaşmamış artım potensialının mövcud olması qənaətindəyik”, - deyə baş direktor qeyd edib.
Z.Əliyev vurğulayıb ki, vətəndaşların daşınmaz əmlakının, nəqliyyat vasitələrinin, biznes risklərinin icbari sığortası daxil olmaqla, xüsusilə əmlak sığortasında böyük potensial var.
“Statistikaya görə, Azərbaycanda 1,2 milyon avtomobil istismardadır, lakin onlardan 36 minə qədəri, yəni mövcud maşınların təxminən 3%-i sığortalanıb (könüllü sığorta). Nəqliyyat vasitələrinin 97%-i risklərdən sığortalanmayıb və bu, bizi qane etmir”, - deyə o bildirib.
Baş direktor, həmçinin daşınmaz əmlakın icbari sığortası sahəsində vəziyyəti də qeyri-qənaətbəxş hesab edir - ölkədə 1 milyondan artıq yaşayış obyektindən cəmi 100 minə yaxın mənzil və yaşayış evi (10%) sığortalanıb.
“Biznes sektorunda sığorta (əmlak – İF) obyektlərin cəmi 30%-ni əhatə edir. Bu göstəricilər onu göstərir ki, əmlakla bağlı böyük risk faizimiz var və biz bu risklərin sığortalanmasını artırmalıyıq”, - deyə Z.Əliyev vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət