İqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 3-də İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibi Vannia Qava ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İqtisadiyyat naziri ölkələrimiz arasında əməkdaşlığın uğurlu inkişafını qeyd edib. 2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollara yaxın olub.
“İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir”, - deyə M.Cabbarov bildirib.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti vurğulanıb, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.
Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, kənd təsərrüfatında İtaliya texnologiyalarından istifadə, alternativ enerji, azad olunmuş torpaqlarımızda su elektrik stansiyasının tikintisi və s. istiqamətlər üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Vannia Qava Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak etmək üçün Bakıda səfərdədir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət