Avropa İttifaqı sərhədlərin delimitasiyası məsələsində Azərbaycan və Ermənistana hərtərəfli dəstək verməyə hazırdır. Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bəyan edib.
“Gələcəkdə postmünaqişə gərginliyinin aradan qaldırılmasında hərtərəfli dəstək verməyə hazırıq: sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin minatəmizləmə məsələsində. O cümlədən, biz bu məsələlər üzrə maliyyə dəstəyi göstərməyə hazırıq, çünki uzunmüddətli sülhün kiçik addımlardan başladığını bilirik Biz hər iki tərəfi dəstəkləməyə hazırıq. Avropa nəinki barışıq prosesinin, həm də yenidənqurmanın tərəfdarıdır”, - Varhelyi cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə bildirib.
Avropa komissarı qeyd edib ki, Azərbaycan Aİ-nin etibarlı və strateji tərəfdaşıdır”.
“Avropada enerji resurslarının qıtlığı müşahidə olunur. Buna görə Avropa İttifaqı enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaşlara ehtiyac duyur. Azərbaycan strateji tərəfdaşlardan biridir», - Varhelyi qeyd edib.
İkitərəfli əməkdaşlığın inkişafı məsələsində Varhelyi CQD layihəsini vurğulayıb. Onun sözlərinə görə, bu layihə Avropanın enerji təchizatında mühüm tərkib hissədir. Həmçinin, o Azərbaycan qazının Avropaya, xüsusilə Qərbi Balkanlara nəqlinin artımına ümid edir.
Avropa komissarı əlavə edib ki, Azərbaycan və Aİ bir neçə istiqamətdə əməkdaşlıq edə bilər, xüsusilə su ehtiyatlarının, tullantıların idarə olunması, yaşıl enerji, kiçik və orta biznesin dəstəyi, elmi tədqiqatarın dəstəklənməsi. “Avrtopa bu məqsədlər üçün tərəfdaşlarımız olan Avropa İnvestisiya Bankı və AYİB ilə birgə Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçməsi üçün vəsait ayırmağa hazırdır”, - o vurğulayıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət