Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Türkiyədən ümumi çəkisi 106,97 kq olan narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar.
Azərbaycan Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Polşa Respublikasına dekorativ daş yükü və hamam ləvazimatı aparan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH601/76AAJ764 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk məlumatı əsasında gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 51 ədəd duş kabin üçün plastik vanna altlığında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 102 kiloqram 740 qram olan narkotik vasitə - heroin aşkar edilib. Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisinə tranzit giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH493/76AAK425 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2 ədəd duş kabin üçün plastik vanna altlığında gizlədilmiş ümumi çəkisi 4 kiloqram 230 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi başlanılıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət