İran Azərbaycanla bağlı bəzi məsələlərdə həssaslıq göstərməlidir. Bunu Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə deyib.
“İki ölkə arasında sıx əlaqələri nəzərə alaraq, həssas məsələlərdə bütün amilləri diqqətə almaq vacibdir. Məsələn, Azərbaycanın tarixi torpağı olan Şuşa şəhərinin adının təhrif edilməsi, şübhəsiz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmayacaq və belə səhvlərə yol verilməsi mənfi presedent yarada bilər”, - deyə Ə.Əlizadə “IRIB” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.
Səfir, həmçinin qeyd edib ki, Bakı və Tehran ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir.
“Hər iki tərəf qarşılıqlı münasibətləri daha da möhkəmləndirməkdə qətiyyətlidir. Xüsusilə iqtisadi-ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığımızı daha da gücləndirə bilərik, bu isə ikitərəfli əlaqələrə və regional əməkdaşlığa müsbət təsir göstərəcək”, - deyə o bildirib.
Diplomat vurğulayıb ki, hazırda Bakı və Tehranın üzərində işlədiyi preferensial ticarət sazişi iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə müsbət təsir göstərəcək. “Hazırda Azərbaycan və İran iki ölkə arasında ticarət dövriyyəsinin inkişafına kömək edəcək preferensial ticarət sazişinin imzalanması üzərində işləyir. Məqsəd iqtisadi-ticarət əlaqələrimizin genişləndirilməsi və maneələrin aradan qaldırılmasıdır ki, bu da ticarət dövriyyəmizin daha da artmasına müsbət təsir göstərir”, - deyə Ə.Əlizadə hesab edir.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət