“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nəzdində fəaliyyət göstərən “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi Zəngilan Beynəlxalq Hava Limanında aeronaviqasiya avadanlığı tətbiq edir. Bu barədə AZAL-ın məlumatında deyilir.
“AZANS inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodlar və tezliklər alıb. Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir”, - deyə məlumatda bildirilir.
AZANS-ın əldə etdiyi kodlar və tezliklər, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE sistemi və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemi tərəfindən təsdiq olunub. Onlar, həmçinin qlobal elektron verilənlər bazasına daxil edilib.
Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.
“Çox qısa müddət ərzində Zəngilanda tikilən beynəlxalq hava limanı böyük nəqliyyat hava qovşağına çevriləcək ki, bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq. Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün ICAO-nun müəyyən edilmiş standartlarına uyğun olaraq hava limanında aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.
Daha əvvəl “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev bildirmişdi ki, Zəngilan Beynəlxalq Hava Limanının 2022-ci ildə istismara verilməsi planlaşdırılır. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.*
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət