2021-ci ildə Azərbaycandan qaz ixracı 2020-ci ilin göstəricisi ilə müqayisədə 39,8% artaraq 18,9 milyard kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Türkiyəyə 8,5 milyard kubmetrə yaxın (azalma 23,5%), həmçinin TANAP ilə - 5,6 milyard kubmetr (artım 20,1%), Cənubi-Qafqaz Boru kəməri magistralı (Bakı-Tbilisi-Ərzurum) ilə - 2,8 milyard kubmetr qaz (azalma 2,3 dəfə) nəql olunub.
Azərbaycan qazının Avropaya nəqli 8,2 milyard kubmetr, Gürcüstana – 2,2 milyard kubmetr (azalma 3,9%), BTC neft kəməri sisteminə - 0,1 milyard kubmetr (azalma 6,6%) təşkil edib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti 16 milyard kubmetr təşkil edir. Bu həcmin 10 milyard kubmetrinin Avropaya, 6 milyard kubmetrinin Türkiyənin qərb regionlarına nəqli nəzərdə tutulur. Gələcəkdə borunun illik gücü 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırılacaq. TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP-ın tikintisi $6,5 milyarda başa gəlib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət