Fevralın 21-də Azərbaycanla Udmurtiya arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Udmurtiyanın İnkişaf Korporasiyası arasında saziş imzalanıb.
Sənədi “Udmurtiya Respublikasının İnkişaf Korporasiyası” qeyri-kommersiya təşkilatının direktor müavini Valeriya Antonenko və AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev imzalayıblar.
Saziş tərəflərin Udmurtiya və Azərbaycanın sahibkarlıq subyektləri arasında işgüzar əlaqələrin səmərəliliyinin artırılması məqsədi ilə birgə tədbirlərin həyata keçirilməsi, habelə qarşılıqlı ticarətin, ikitərəfli investisiya layihələrinin inkişafına kömək məqsədi ilə tədbirlərin reallaşdırılması niyyətini əks etdirir.
Bundan başqa, Azərbaycan Rus İcması ilə Udmurtiyanın “Dostluq” Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəd biznes, humanitar və mədəniyyət sahələrində münasibətlərin inkişafına yönəlib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət