31 yanvar 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 37 milyard 982,3 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, 2022-ci ilin yanvar ayında bankların aktivləri 1,2% azalıb.
Yanvarın sonuna bankların kredit portfeli 16 milyard 781,4 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,7% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 28 milyon manat (artım 1,2% - İF) təşkil edir.
Bankların öhdəlikləri 32 milyard 954,3 milyon manata (azalma 1,6%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 317,3 milyon manat məbləğində (azalma 0,6%) qiymətləndirilir. Banklarda depozit portfeli 26 milyard 954 milyon manat (artım 0,05%), o cümlədən əhalinin əmanətləri 9 milyard 456,9 milyon manat (artım 4,7%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar ayında bankların ümumi xalis mənfəəti 58,6 milyon manat təşkil edib (2021-ci ilin yanvar ayı ilə müqayisədə artım 2,3 dəfə).
Hesabat dövründə bankların faiz gəlirləri 189,1 milyon manat (artım 15,9%), o cümlədən verilmiş kreditlər üzrə 158,2 milyon manat (artım 22%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 71,5 milyon manat məbləğində (artım 44,1%) olub.
Bankların faiz xərcləri 46,3 milyon manat (artım 6,7%), o cümlədən depozitlər üzrə 33,1 milyon manat (artım 19,9%), qeyri-faiz xərcləri 120,4 milyon manat (artım 31,6%) təşkil edib.
2022-ci ilin yanvar ayının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 89,4 milyon manat (artım 25,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 72,6 milyon manat (artım 2,1 dəfə), mənfəət vergisi üzrə ödənişlər 14 milyon manat məbləğində (artım 55,5%) qiymətləndirilir.
31 yanvar 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 480 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,2%) və 97 şöbəsi (dəyişməyib) var.
Bank sektorunda 20,601 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,3% - İF) çalışır.*
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət