Fevralın 23-də maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə icraçı direktor Antoni Makdonald ilə videokonfrans formatında görüş keçirib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
“Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
S.Şərifov qeyd edib ki, mənfi proqnozlara baxmayaraq, həyata keçirilmiş məqsədyönlü və çevik siyasət sayəsində 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətli bərpaya nail olunub, nəticədə 2021-ci ildə ÜDM-in artım tempi 5.6%, qeyri-neft ÜDM-in artım tempi isə 7.2% təşkil edib, ölkənin dövlət borcu azalıb, valyuta ehtiyatları isə artıb.
Öz növbəsində, A.Makdonald hökumətin pandemiya dövründə riskləri düzgün təhlil edərək həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək “COVID-19”la mübarizə sahəsində görülən işləri, habelə 2021-ci ildə əldə olunan iqtisadi artımı qeyd edərək, Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib.
Məlumata görə, tərəflər pandemiya ilə mübarizənin növbəti mərhələsində əsas prioritetlər, bankın iqlim dəyişmələrinə qarşı mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi təşəbbüsləri, yenidən işlənmiş enerji siyasətinin icrası və bir sıra təşkilati təşəbbüslər barədə də fikir mübadiləsi aparıblar.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət