Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ölkə ərazisini tərk etməsi və Bakıya qayıtması ilə bağlı bəyanat yayıb.
“Mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 uşaq) var idi”, - deyə bəyanatda bildirilir.
Səfir vurğulayıb ki, azərbaycanlı diplomatlar və onların ailə üzvləri quru yolla Moldova sərhədinə qədər gəliblər. “Kişinyovda Bakıya uçmaq qərarı verildi. Moldovadakı səfir Qüdsi Osmanov mənə və bəzi diplomatlara çarter reysi ilə uçmağı təklif etsə də, biz təyyarədə Azərbaycan dövlətinin pulsuz təxliyə etdiyi həmyerlilərimizin yerini tutmamaq üçün bu imkandan istifadə etmədik. Çox çətinliklə hamıya bilet aldıq, karvanı “yaşıl” dəhlizlə Rumıniyaya apardıq və təxliyə olunduq. Beləliklə, həyatlarına şəxsən cavabdeh olduğum 40-dan çox səfirlik əməkdaşı və onların ailə üzvləri xilas edildi”, - deyə o bildirib.
E.Axundova qeyd edib ki, o və səfirliyin əməkdaşları vəziyyət imkan verən kimi ilk fürsətdə Ukraynaya geri qayıdacaqlar.
“Kiyevdəki səfirlikdə sutkada 24 saat mümkün olduğu qədər çalışan kişi diplomatlar və mühafizəmizin əməkdaşları qalıb”, - deyə səfir əlavə edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət