Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Əliyev qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində olub, 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bunu rəsmən təsdiqlədi.
“Bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində, Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik”, - prezident qeyd edib.
Onun sözlərinə görə, Bakı və Ankaranın birgə səyləri bölgədə gələcək inkişafı təmin edir.
«Təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir”, - dövlət başçısı vurğulayıb.
Öz növbəsində, Mövlud Çavuşoğlu qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan prezidentinin təşəbbüsü idi.
“Şuşa Bəyannaməsini hazırlamaq və imzalamaq sizln fikriniz idi. Biz də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə bunun üzərində çalışdıq və doqquz ay əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə birlikdə imzaladınız”, - o deyib.
Həmçinin, türkiyəli nazirin fikrincə, Bakı və Ankara Şuşa Bəyannaməsindən ncə də təbii müttəfiq olub.
“Bunun içərisindəki məsələlərin həyata keçirilməsi istiqamətində də biz qardaşlarımızla səylə çalışırıq. Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələləri bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq», - Çavuşoğlu bəyan edib.
Türkiyə XİN başçısı əlavə edib ki, Azərbaycanın, Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyi önəmli layihələr var.
“Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var. Bundan başqa, burada Sizin Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim”, - nazir yekun vurub. **
E.Şəfiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət