Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakıda iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıqla bağlı məsələləri müzakirə ediblər.
Energetika Nazirliyindən verilən məlumata görə, Hökumətlərarası Komissiyanın iclası Londonda keçiriləcək.
Görüşdə enerji bazarlarında mövcud vəziyyət və iki ölkənin enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Cənub Qaz Dəhlizinin töhfələri və genişlənmə perspektivlərindən bəhs edilib.
Tərəflər enerji bazarlarında sabitlik üçün dayanıqlı həllər kimi təchizatın diversifikasiyasının və karbohidrogen sektoruna diqqət yetirilməsinin vacibliyini qeyd ediblər.
“Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında enerji əməkdaşlığının inkişafında bp şirkəti ilə tərəfdaşlıq əlaqələrinin rolu, şirkətin neft-qazla yanaşı, bərpa olunan enerji layihələrində iştirakının əhəmiyyəti vurğulanıb. Söhbət zamanı işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, xarici şirkətlərlə külək və günəş enerjisi layihələrinin reallaşdırılması, həmçinin Xəzər dənizinin külək enerjisi potensialından istifadə istiqamətində görülən işlər də nəzərdən keçirilib”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət