“Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsinin tikintisinə sərmayələr $5 milyona çatıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
«Hazırda müəssisədə avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb və işlərin 85%-i tamamlanıb. Müəssisənin investisiya dəyəri 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 5 milyon dollar sərmayə qoyulub. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur”, - nazirlikdən qeyd olunur.
Zavod Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində inşa olunur.
Müəssisədə ümumilikdə 200-dən çox daimi iş yeri yaradılacaq.
ilkin mərhələdə istehsal üçün xammal Türkmənistandan idxal ediləcək.
Xəbər verildiyi kimi, Azərbaycanın sulfat turşusuna illik tələbatı ildə 7-8 ton təşkil edir və hazırda idxal hesabına tam təmin olunur. Zavodun istifadəyə verilməsi nəinki idxalı ödəməyə, həm də ildə 12 min tonadk ixrac həyata keçirməyə imkan verəcək.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. **
B.Rüstəmbəyov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət