Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də Sloveniya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunan qeyri-rezident səfiri Primoş Şeliqonu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
C.Bayramov Azərbaycanın Sloveniya ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.
P.Şeliqo iki ölkə arasında mövcud olan tarixi əlaqələri və dostluq ənənələrini qeyd edib və ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu ifadə edib.
O, siyasi, iqtisadi, humanitar və s. sahələrdə əlaqələrin genişləndirilməsindən bəhs edərək, cari il ərzində Birgə İqtisadi Komissiyanın ilk iclasının keçirilməsi, habelə ANAMA ilə əməkdaşlıq münasibətlərinin qurulmasının mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə inamını vurğulayıb.
Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin qarşıdan gələn illərdə də davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.*
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət