Martın 17-də ictimai “Qarabağ Erməniləri Hərəkatı”nın iclası keçirilib, iclasın yekunları üzrə iştirakçılar Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə ünvanlanmış bəyanatla çıxış ediblər.
“Hörmətli Qarabağ erməniləri. Əcdadları Qarabağda anadan olan bir qrup erməni sizə müraciət edir. Əfsuslar olsun ki, bütün dünyada gördüyümüz kimi, ölkələr arasında qarşıdurmalar, hərbi əməliyyatlar baş verir, din əhali həlak olur, dağıntılar, qaçqınlar axını meydana gəlir. Çox təəssüf ki, bu proseslər postsovet respublikalarına da toxunub, həmçinin Ermənistanla Azərbaycan arasında qarşıdurma... Əziz Qarabağ erməniləri, bu barədə sizə daha çox məlumdur. Hesab edirik ki, iki xalq arasında möv cud problemlərin əsas səbəblərindən biri Qarabağ erməniləri arasında xalq diplomatiyasının zəif fəaliyyəti və ya onu ümumiyyətlə olmamasıdır”, - “İnterfaks-Azərbaycan” agentliyinə daxil olan bəyanatın mətnində deyilir.
O cümlədən, bəyanatda vurğulanır ki, Qarabağ erməniləri arasında xalq diplomatiyasının iflasa uğramasının əsas səbəbkarları “yeni reallığı görməyən və görmək istəməyən” qanunsuz qondarma rejimin rəhbərləridir.
“Onların fikrində sadəcə mif olan “Qarabağ müstəqilliyidir”. Həmçinin, onlar Azərbaycanın Qarabağ regionunda və onun hüdudlarından kənarda yaşayan ermənilərin rəyi ilə hesablaşmırlar. Tamamilə iqtisadi və siyasi təcrid vəziyyətində qalaraq normal həyat qurmaq mümkündürmü? Qarabağ ermənilərinə Azərbaycanın rəsmi hökuməti, Azərbaycan xalqı, Qarabağ azərbaycanlıları ilə normal və iş münasibətləri qura biləcək yeni rəhbərlər lazımdır. Əziz Qarabağ erməniləri, sizin gələcəyiniz və növbəti nəsillərin gələcəyi sizdən, düzgün seçiminizdən asılıdır: ya bundan sonra da “qondarma respublikanın indiki rəhbərlərinə qulaq asaraq Azərbaycanın rəsmi hökuməti, ümumilikdə Azərbaycan xalqı ilə qarşıdurmaya getmək və ya zülmət separatizm isrsindən xilas olaraq müdrik siyasətçiləri, ictimai xadimləri dinləyərək Azərbaycan cəmiyyətinə təkrar interqrasiya yolu ilə getmək. Əminəm ki, sizinlə birlikdə biz xalq diplomatiyası yolu ilə Azərbaycan tərəfi ilə münasibətlər qura bilərik, regionun iqtisadi, sosial problemlərini birgə həll edə bilərik. İlk növbədə, Qarabağ ermənilərinin təhlükəsizliyini, bu regionda Azərbaycan xalqı ilə birlikdə laqyiqli yaşamı təmin edə bilərik”.
Bəyanatı “Qarabağ Erməniləri Hərəkatı”nın rəhbərləri və fəalları Artur Ağacanov, Karina Yeritsyan, Lyova Yaxşıbəyov digərləri imzalayıblar.**
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət