Azərbaycan Respublikasının baş naziri Əli Əsədov şənbə günü işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti Reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərar imzalayıb.
Sənədin mətni Nazirlər Kabinetinin saytında dərc olunub.
Əsədov qərarda İqtisadiyyat Nazirliyinə və Mədəniyyət Nazirliyinə tapşırıb ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının müvafiq olaraq apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versin.
Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il avqustun 12-də “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması haqqında” fərman imzalayıb.
Reyestr “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılır.
Reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.**
R.Kərimov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət