2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2,7% - 17 milyard 587,2 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralın sonuna vaxtı keçmiş kreditlərin həcmi 690,2 milyon manat (azalma 4,1%) və ya bütün kreditlərin 3,9%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
2022-ci il fevralın 28-nə dövlətin payı olan banklar tərəfindən 3 milyard 464,3 milyon manat (artım 3,9%) və ya bütün kreditlərin 19,7%-i, özəl banklar tərəfindən 13 milyard 662,2 milyon manat (artım 2,5%) və ya bütün kreditlərin 77,7%-i həcmində kredit verilib. Qalan 460,7 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
Mart ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 13 milyard 152,5 milyon manat (artım 3,6%) milli valyuta, 4 milyard 434,7 milyon manat (artım 0,3%) xarici valyuta ilə verilib. Martın əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 25,2% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 39,6 milyon manat (bütün kreditlərin 17,3%-i) ticarət və xidmət sahələrinin, 720,1 milyon manat (4,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 591,6 milyon manat (3,4%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 986,6 milyon manat (5,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 996,6 milyon manat (5,7%) sənaye və istehsal sektorunun, 731,6 milyon manat (4,2%) nəqliyyat və rabitə sahələrinin, 8 milyard 948,4 milyon manat (50,9%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-fevralda bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 4% artıb.**
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət