Şənbə günü İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkənin XİN başçılarının iştirakı ilə Azərbaycanla İtaliya arasında strateji dialoqun birinci iclası keçirilib. Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, iclasdan öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Luici Di Maio təkbətək görüş keçiriblər.
Di Maio strateji dialoqun cari iclasının Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə əsaslandığını qeyd edib.
İclasda Azərbaycan-İtaliya ikitərəfli strateji tərəfdaşlıq əlaqələri, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.
“Nazirlər, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, mədəniyyət, humanitar və digər sahələrdə intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə ediblər”, - XİN-in məlumatında deyilir.
Nazirlikdən bildirilib ki, “İtaliya hökumətinin və parlamentinin, o cümlədən senator və deputatların Vətən müharibəsi və post münaqişə dövründə sərgilədiyi ədalətli və beynəlxalq hüquq əsaslanan mövqe Azərbaycan tərəfindən yüksək qiymətləndirilib”.
XİN-dən əlavə edilib ki, Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. “Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasının bölgədə sülh quruculuğuna əngəl olduğu qarşı tərəfin diqqətinə çatdırılıb”, - nazirliyin məlumatında qeyd edilir.
İclasda Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Bildirilir ki, İtaliya tərəfi minatəmizlımə prosesində iştirakını genişləndirmək marağı səsləndirilib.
XİN-dən əlavə edibər ki, həmçinin tərəflər, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Görüşün sonunda nazirlər tərəfindən "Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun birinci iclasının Protokolu” sənədi imzalanıb. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət