Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.
“Dövlət başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını qeyd edib. O bildirib ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb”, - deyə prezidentin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
İ.Əliyev bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğunu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığını və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyini diqqətə çatdırıb.
“İ.Əliyev itkin düşmüş şəxslər məsələsinin daim dövlətimizin gündəliyində olduğunu, bunun Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla da müzakirə edildiyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
K.Bomberger itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, kütləvi məzarlıqlarda birgə qazıntıların aparılması kimi işlərə öz töhfəsini verməyə hazır olduğunu deyib.
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru səfər çərçivəsində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlığa dair niyyət protokolunun imzalanacağını diqqətə çatdırıb.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət