2021-ci ilin yekunları üzrə “Atəşgah Həyat” sığorta şirkətinin xalis mənfəəti 6 milyon 431 min 652,15 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Atəşgah Həyat” 2020-ci ili 4 milyon 985 min 725,67 manat məbləğində xalis mənfəətlə başa vurub. Beləliklə, 2021-ci ildə şirkətin xalis mənfəəti 29% artıb.
“Atəşgah Həyat” sığorta şirkətinin maliyyə hesabatına əsasən, 2021-ci ildə onun gəlirləri 49 milyon 503 min 161,24 manat, o cümlədən sığorta haqları 44 milyon 193,828 min manat (artım 5,6%), investisiya gəlirləri 2 milyon 388,961 min manat , xalis sığorta ehtiyatlarının müsbət rəqəmi – 2 milyon 307,805 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 41 milyon 463 min 596,05 manat, sığorta ödənişlərinin həcmi 31 milyon 979,715 min manat (azalma 1,9 dəfə), sığorta haqları üzrə qaytarılan vəsaitlər 2 milyon 175,93 min manat, sığorta işinin aparılması xərcləri 6 milyon 108,009 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat ilində “Atəşgah Həyat” sığorta şirkətinin vergi ödənilənədək mənfəəti 8 milyon 39 min 565,19 manat, mənfəət vergisi üzrə ödənişləri 1 milyon 607 min 913,04 manat təşkil edib.
2021-ci ildə şirkətin aktivləri 3,2% - 67 milyon 491,935 min manatadək, kapitalı 5,8% - 18 milyon 331,476 min manatadək, öhdəlikləri 2,1% - 49 milyon 160,459 min manatadək azalıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 10,3% - 27 milyon 735,672 min manata qədər azalıb.
“Atəşgah Həyat” Azərbaycanda sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Şirkətin nizamnamə kapitalı 6,5 milyon manata bərabərdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət