Azərbaycan hökuməti son illərdə daxili istehsal hesabına əsas ərzaq malları ilə özünütəminat səviyyəsinin bir qədər yaxşılaşdığını qeyd edir.
“2021-ci ilin yekunları üzrə ölkədə ət və ət məhsulları ilə özünütəminat səviyyəsi 85% təşkil edib. Digər əsas qida məhsulları olan kartofla özünütəminat səviyyəsi 91%, tərəvəzlə 110%, meyvə ilə 116%, üzümlə 96%, yumurta ilə 100% olub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
Bu nəticəyə istehsalçılara fəal şəkildə subsidiyaların və güzəştli kreditlərin verilməsi, vergi və gömrük güzəştləri sayəsində nail olunub.
Xüsusilə ötən il 401,6 min fermerə 1 milyon 274,2 min hektar əkin sahəsinin becərilməsi və çoxillik bitkilərin əkilməsi üçün ümumilikdə 247 milyon 279,7 min manat, 223 şitil və toxum istehsalçısına 6 milyon 658,4 min manat subsidiya ödənilib.
Bundan başqa, 47,1 min fermerə süni mayalanma yolu ilə alınmış 90,7 min baş iribuynuzlu mal-qaraya görə 9 milyon 67,4 min manat, 22,2 min arıçıya 5 milyon 313,25 min manat subsidiya ödənilib.
2021-ci ildə aqrar sektorda fəaliyyət göstərən 4,5 min fiziki və hüquqi şəxsə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə 71,5 milyon manat məbləğində güzəştli kredit verilib. Həmçinin 200 sahibkarlıq subyektinə 7,3 min baş cins mal-qaranın alınması üçün 17 milyon manat güzəştli kredit verilib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət