Fransa müsəlmanlarının nüfuzlu “Musulmans En France” nəşrinin saytında “VMedia” Youtube kanalının “Fransız senatorlar insanlığa qarşı cinayətləri təşviq edir?” adlı filmi (https://musulmansenfrance.fr/les-senateurs-francais-encouragent-ils-des-crimes-contre-lhumanite/) yerləşdirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, filmlə bağlı şərhdə deyilir ki, videoda 30 illik erməni işğalı zamanı Azərbaycanın şəhər və kəndlərinə dəymiş ziyanın miqyası göstərilib.
“Musulmans En France”, həmçinin qeyd edir ki, video “Fransız sağçıların Ermənistan-Azərbaycan münaqişəsindən seçkiqabağı məqsədlər üçün necə istifadə etdiyini nümayiş etdirir. Burada Fransa prezidentliyinə namizəd Erik Zemmurun 2021-ci ilin dekabr ayında Ermənistana səfəri nəzərdə tutulur.
Öz tərəfimizdən əlavə edək ki, həm fransız, həm də ingilis dilində çıxmış “Fransız senatorlar insanlığa qarşı cinayətləri təşviq edir?” filminin müəllifləri xatırladırlar ki, Fransa Senatı 2020-ci ilin noyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin qondarma Dağlıq Qarabağ Respublikasından dərhal çıxarılmasına, orada beynəlxalq qüvvələr kontingentinin yerləşdirilməsinə və 1994-cü ildə müəyyən edilmiş sərhədlərin bərpasına çağırışın edildiyi qətnamənin lehinə səs verib.
“Yəni vasitəçilik mandatına malik olan senatorlar faktiki olaraq Azərbaycanın bir hissəsinin işğalının, habelə 30 il ərzində orada törədilmiş bütün cinayətlərin davam etdirilməsini təklif ediblər”, - deyə “VMedia” kanalı bildirir.
Əvvəllər dinc və çiçəklənən Azərbaycan şəhərləri və kəndlərinə dəymiş ziyanın miqyasını əyani şəkildə göstərmək üçün filmdə Ağdam şəhəri 2020-ci ilin payızında erməni işğalından azad edildikdən dərhal sonra olduğu vəziyyətdə və 2021-ci ilin dekabr ayında güclü qasırğanın xarabalığa çevirdiyi Amerikanın Meyfild şəhəri müqayisə edilir. Ətraflı müqayisədən sonra müəlliflər belə qənaətə gəlirlər ki, hətta təbii fəlakət də erməni işğalçılarından daha humanist olub. Qasırğa Meyfild şəhərinin çox hissəsini yerlə-yeksan etsə də, şəkillərdə görünür ki, hətta son dərəcə güclü külək də özü ilə heç nə aparmayıb – məişət əşyalarının hamısı zərər çəkmiş binaların yerində qalıb. Amma azərbaycanlı əhalinin qovulduğu evlər tamamilə məhv edilib. Unitazlar, pəncərə çərçivələri, armaturlar, döşəmələr və pilləkənlərə qədər hər şey sökülərək aparılıb. Beləliklə də aydın olur ki, Ağdamda binalar döyüş əməliyyatları nəticəsində dağıdılmayıb, məhz müasir vəhşiliyin qurbanı olub.
Ağdam yalnız bir nümunədir, çünki cinayətlər Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında törədilib. “İnsanlığa qarşı bu cür cinayətlərə göz yumulmasına necə kömək etmək olar?”, - deyə filmin müəllifləri fransalı siyasətçilərə sual verirlər.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət