Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə “Agrarco” MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə icra müqaviləsi imzalanıb.
Sənədi FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Melek Çakmak və “Aqrarco”nun baş direktoru Cvid Kazımov imzlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir.
Layihə çərçivəsində fındığın dəyər zənciri boyunca dayanıqlı bioenerji əldə edilməsi yanaşmasının araşdırılması, istehsalı və emal zamanı aflatoksin yarada biləcək səbəbləri araşdırılır. Əməkdaşlıq çərçivəsində bu proseslərdə qabaqcıl təcrübələrin tətbiqi və bu sahə ilə məşğul olan fermerlərin potensialının artırılmasına dair fəaliyyətlər planlaşdırırlır.
Əməkdaşlıq müqaviləsinə əsasən, layihə icrası müddətində fındıq istehsalı prosesində iştirak edən fermerlər qabaqçıl təcrübələrin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb ediləcəklər.
Fermerlərə ilkin mərhələdə təlim keçməsi məqsədilə mövcud bağların və avadanlıqların "Agrarco" tərəfindən təmin edilməsi nəzərdə tutulur. Hazırlanacaq iş planları əsasında fındıqçılıq dəyər zəncirində bioenerji potensialının qiymətləndirilməsi, biokütlə, yekun istehlak enerji istifadə potensialının qiymətləndirilməsi, qalıqların və istixana qazının mobilizasiyası üçün dəyər zənciri logistikası ilə bağlı fəaliyyətlərin araşdırılması və koordinasiyasın aparılması planlaşdırılır.
Sənədə əsasən, həmçinin tərəflər müqavilə çərçivəsində həmçinin fındığın dəyər zəncirində dayanıqlı bioenerji variantları və eləcə də dayanıqlı fındıq məhsulunun idarə edilməsi, məhsul yığımından sonrakı işlər, emal və təhlükəsizliklə bağlı fermerlərin potensialının qiymətləndirilməsi prosesində iştirak edəcəklər. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət