Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də Bakıda imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Bəyannamə 26 bənddən ibarətdir.
Xüsusilə tərəflər strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu bəyan edirlər.
“Tərəflər hesab edirlər ki, strateji tərəfdaşlıq münasibətlərinin qurulması hər iki dövlətin köklü maraqlarına cavab verir və onların həm ikitərəfli formatda, həm də beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətinin məzmun və xarakterini müəyyən edir. Tərəflər BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq olduqlarını təsdiq edərək, bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığını qarşılıqlı şəkildə dəstəkləyirlər”, - deyə bəyannamənin mətnində bildirilir.
Tərəflər strateji xarakter daşıyan ikitərəfli əməkdaşlığın bütün istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə siyasi dialoqu bundan sonra da hərtərəfli inkişaf etdirməyə hazır olduqlarını bildirirlər.
Tərəflər Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlər arasında əməkdaşlıq üçün mühüm platforma olduğunu qeyd edir və TDT və onunla affilə edilmiş təşkilatlar çərçivəsində Türk dünyasında gedən inteqrasiya proseslərini dəstəkləyirlər.
“Tərəflər terrorçuluq, separatçılıq, ekstremizm, transsərhəd cinayətkarlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, insan alveri, kibercinayətlər, kütləvi qırğın silahlarının yayılması və çirkli pulların yuyulmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edirlər”, - deyə sənəddə vurğulanır.
Bəyannamədə qeyd edilir ki, tərəflər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üzrə infrastruktur layihələrində Qırğızıstan tərəfinin iştirakı imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını bildirirlər.
“Tərəflər qarşılıqlı investisiyaların iqtisadi əməkdaşlığın mühüm amillərindən biri olduğunu qeyd edərək, qarşılıqlı maraq doğuran sahələrdə investisiyaları dəstəkləməyə, qorumağa və təşviq etməyə hazır olduqlarını bildirirlər. Tərəflər yaşıl iqtisadiyyatın inkişafına yönəlmiş, yəni bərpa olunan enerji mənbələri, orqanik məhsullar və ekoturizm sahələrində investisiya layihələrinin həyata keçirilməsinə hazır olduqlarını ifadə edirlər”, - deyə bəyannamədə vurğulanır.
Bundan başqa, tərəflər ikitərəfli ticarətin həcminin artırılması, habelə birgə iqtisadi və investisiya layihələrinin təşviqi və həyata keçirilməsi məqsədilə Qırğızıstanda Azərbaycan Ticarət Evinin və Azərbaycanda Qırğızıstan Ticarət Evinin yaradılması məsələsini öyrənəcəklər.
Azərbaycan və Qırğızıstan yaxın illərdə qarşılıqlı ticarətin həcminin artırılması və nomenklaturasının genişləndirilməsi üçün birgə səylər göstərməyə hazır olduqlarını da təsdiq ediblər.
Tərəflər hava nəqliyyatı ilə sərnişin daşımalarının iqtisadi-ticarət münasibətlərinin inkişafında, eləcə də turizm sahəsində rolunu və əhəmiyyətini nəzərə alaraq, iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılmasının vacibliyini vurğulayıblar.
Tərəflər mövcud ikitərəfli və çoxtərəfli sazişlər və nəqliyyat dəhlizləri çərçivəsində ikitərəfli və tranzit yük daşımalarına, o cümlədən aviasiya, avtomobil və dəmir yolu (Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin potensialından istifadə etməklə) ilə multimodal yük daşımalarına kömək edəcəklər.
Bakı və Bişkək Azərbaycanın profilli təhsil müəssisələrinin bazasında hərbi kadrların hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət