SOCAR 2021-ci ilin noyabrında yerləşdirilmiş $100 milyon məbləğində istiqrazların sahiblərinə mayın 4-də $1,125 milyon məbləğində ikinci kupon ödənişini həyata keçirəcək. Bu barədə “SOCAR Capital” şirkətinin məlumatında deyilir.
“SOCAR istiqrazlarının növbəti (ikinci) kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq. SOCAR istiqrazlarının 2-ci faiz ödənişi nəticəsində $1,125 milyon vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək. Bununla da, investorların ümumi qazancı $2,25 milyon yüksəlmiş olacaq”, - deyə məlumatda qeyd olunur.
Qarşıda daha 18 kupon ödənişi və $20,25 milyon məbləğində gəlir istiqraz sahiblərini gözləyir.
1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında SOCAR-ın tədavül müddəti 5 təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, $100 milyon həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $380,614 milyon təşkil edib. İstiqrazın illik faiz dərəcəsi 4.5%-dir, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
Emissiya hər birinin nominal qiyməti $1 min olan 100 min ədəd istiqraza bölünüb.
Noyabrın 2-də SOCAR-ın istiqrazları təkrar bazarda yerləşdirib.
SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri müxtəlif layihələr üzrə öhdəliklərin maliyyələşdirilməsinə (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi və s.) yönəltməyi nəzərdə tutur.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların (illik gəlirlilik 5%) ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb. İstiqrazların tədavül müddəti 2021-ci il oktyabrın 18-də başa çatıb. İstiqraz sahibləri $25 milyon gəlir əldə ediblər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət